AZ

İran prezidenti ABŞ-nin bu təklifini rədd etdi

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını üç ay təxirə salmağı təklif edib, lakin bunun müqabilində bütün zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edib.  

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

İran prezidenti Məsud Pezeşkian belə bir şərtin qətiyyən qəbuledilməz olduğunu bildirib: "Amerikalılar bizim bütün zənginləşdirilmiş uranımızı təhvil verməmizi istəyirlər və bunun müqabilində bizə cəmi üç ay vaxt verəcəklər. Bu, bizim üçün qəbuledilməzdir".

Onun sözlərinə görə, ola bilsin ki, bir neçə aydan sonra Vaşinqton yenidən BMT-nin İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan sürətli cavab mexanizmindən istifadə etməyə və yeni tələblər irəli sürməyə çalışsın.

Seçilən
0
5
redaktor.az

7Mənbələr