AZ

Qəzza zolağında çadırların 93%-i sığınacaq üçün yararsızdır

BAKI, 27 sentyabr. TELEQRAF

Qəzza zolağında məcburi köçkünlərin qaldığı çadırların 93 faizi dağılıb, yaşayış üçün yararsız hala düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisinin müdiri İsmayıl əs-Səvabiti Anadolu Agentliyinə açıqlamasında bildirib.

Rəsmi açıqlamalara görə, bölgədə qurulan 135 min çadırdan 125 mini dağılıb.

Onun sözlərinə görə, İsrailin mart ayından bəri davam etdirdiyi sərt mühasirə səbəbindən yeni çadırların gətirilməsi mümkün deyil, həmçinin humanitar yardım vasitələrinin bölgəyə daxil olmasına icazə verilmir.

Bu vəziyyət Qəzzada minlərlə məcburi köçkünün açıq havada, ağır şəraitdə qalmasına səbəb olub.

Seçilən
4
2
teleqraf.com

3Mənbələr