AZ

Rumıniyada 27 Sentyabr - Anım Günü qeyd edildi

27 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İştirakçılar şəhidlərin müqəddəs xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbirdə Rumıniya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edərək çıxışlar ediblər.

Çıxışlarda 27 Sentyabrın Azərbaycan xalqının mübarizə tarixi və qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğu vurğulanıb, şəhidlərin qanı bahasına bərpa olunan suverenliyin əhəmiyyətindən bəhs edilib.


Seçilən
5
4
news365.az

9Mənbələr