AZ

“İkinci hissədə hissədə fərqli oynadıq və matçı ələ aldıq” – Elmar Baxşıyev

“İki fərqli hissə oynadıq. Birinci hissədə meydanda istədiyimizi edə bilmədik. “Şamaxı”nı xüsusi vurğulamaq istərdim. Yaxşı təsir bağışlayırdılar. İkinci hissədə hissədə fərqli oynadıq və oyunu ələ aldıq. Bu gün uda da bilərdik, uduza da”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Şamaxı” oyunu (1:1) sonrası deyib. O, daha sonra belə davam edib:

“Şamaxı”ya autsayder kimi baxa bilərsiz, amma biz belə fikirləşmirik. Yaxşı oyunçuları var. Ümumiyyətlə, bu səfər çətin səfərdir. Süni meydança amili də öz sözünü deyir.

Komanda olaraq bir oyunun üzərində qalmırıq. “Qarabağ”la matçdakı məğlubiyyətin təsiri yox idi. Qarşıdakı oyunları düşünürük”.

Seçilən
7
1
idmanxeber.az

2Mənbələr