Misli Premyer Liqasının 6-cı turunda səfərdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edən "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis belə danışıb:
"İki fərqli hissə izlədik. İlk yarıda istədiyimizi etməyə çətinlik çəkdik. İkinci yarıda templi oynadıq. Oyunu dəyişib 1 xal qazandıq. Elə matç idi ki, uduza da bilərdik. Qismətdə 1 xal var imiş. "Şamaxı"nın yaxşı mübarizə apardığını vurğulamalıyıq. Meydanda nə etmək istədiyini bilən komandadır".
Nihat