AZ

Ayxan Abbasov: “Təklif, inam varsa, kənara çəkilmək olmaz”

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının VI turunun “Şamaxı” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Anım Günüdür. Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə güc-qüvvət versin. Oyuna gəlincə, “Araz-Naxçıvan” iddialı, çox yaxşı komandadır. Yaxşı hazırlaşmışdıq. Ötən matçda məğlub olmuşduq, amma xal qazana bilərdik. Bu gün də futbolçular çox yaxşı oynadı. Nəticədən əlavə, istədiklərimizi meydanda etməyə çalışırlar. 2 və 3-cü qolu vurmaq olardı. Fasilədən sonra dəyişikliklər oldu. Gənclərə şans verdik. Onlar da yavaş-yavaş inkişaf edir. Bizimçün mühüm xal idi. İlkin hədəf uduzmamaq idi. Çempionat gərginləşir, hər xalın önəmi var. Gələcəkdə daha yaxşı olmaq istəyirik.

– 3 həftədən çoxdur, adınız milli ilə hallanır. Bunlar fonunda komandanı oyuna hazırlamaq çətin olmur?

– Çalışırıq ki, əvvəlcə özümüz psixoloji hazır olaq. İki tərəfə də diqqətimizi itirmirik. Söz-söhbətlər normaldır. Federasiya işlər görür. Nəsə təsiri yoxdur.

– Təklif almısınızmı?

– Təklif olunub, danışıqlar gedir. Yaxın günlərdə qərar veriləcək.

– Təklifin sizi qane etmədiyi deyilir…

– Təklifdə müüqavilə müddəti məsələsi yoxdur. Peşəkar danışıqlar gedir. Oyun sayı, müqavilə müddəti söhbəti deyil. Versiyaların olması normaldır. Əsas yığmadır və söhbətlər bundan sonra da olacaq. Danışığımızda müddətlə bağlı problem yoxdur.

– Fransa səfərinə hazırlaşmısız?

– Təklif, inam varsa, kənara çəkilmək olmaz. Xırda detallar var. Onlar da yoluna qoyulsa, təklifi qəbul etmək olar.

– Oyunda qırılma nöqtəsi nədir ki, yaxşı oynasaz da, qələbə qazana bilmirsiz…

– Heyətimizdə yeni oyunçular var. Uyğunlaşmalarına vaxt lazımdır. Sonluq çatmır. Bu gün oyuna nəzarət, hücumlar bizdə idi, amma sonluq gəlmədi. İnanıram ki, yaxşı olacaq. Futbolçularımız çox artırıb. Əsas odur, tempi saxlayaq.

– Şuaybunun qolları sıralamağının vaxtıdır?

– Hazırdır. Onu başa düşmək lazımdır. Çətin periodlardan keçib. Çox istəklidir. Məşqlərdə özünü yaxşı göstərir. Bu gün də yaxşı oynadı. Kərim Rossi ilə yaxşı tandem olublar.

– Həbibin debüt matçında qol vurmaq şansı var idi…

– Onun böyük potensialı var. İnanırıq. Belə epizodları qaçırmaq olur. Oyuna girəndə ona demişdim ki, şansın olacaq.

– Dövlət tərəfindən edilən yardımda gecikmələr var. Sponsorsuz bir vəziyyətdə işlər daha çətinləşmir?

– Mövsümün əvvəlindən bu haqda danışmışıq. Çətinliklər olur. Amma rəhbərlik sağ olsun, motivasiyanın olması üçün işlər görür.

– Millinin təklifini qəbul etsəniz, “Şamaxı”da qalacaqsınız?

– Mövsümün sonuna kimi “Şamaxı”da olacam.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
futbolpress.az

1Mənbələr