AZ

Ərzaq qıtlığı təhlükəsi: Çıxış yolu varmı?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsi son illər daha çox gündəmə gəlir. Ərzaq məhsullarının böyük hissəsinin idxaldan asılı olması yerli istehsalın zəifliyini və kənd təsərrüfatı sektorunda struktur problemlərini üzə çıxarır. Mütəxəssislər bildirirlər ki, torpaq bölgüsü, istehsalın səmərəsiz təşkili və innovativ yanaşmaların çatışmazlığı bu sahədə əsas maneələrdəndir.

Bəs yerli istehsalın inkişafı üçün hansı addımlar atılmalıdır və Azərbaycan ərzaq asılılığından nə zaman qurtula bilər?

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, məsələni iki istiqamətdə – ərzaq məhsulları və kənd təsərrüfatı məhsullarının emal sənayesində işlənmiş hazır məhsullar şəklində nəzərdən keçirmək olar.

Onun sözlərinə görə, ərzaq məhsullarının istehsalı ilə bağlı əsas məsələ mövcud olan 1 700 hektar ərazidə müxtəlif məhsulların əkilməsi ilə bağlıdır:

“Lakin istehsal həcmini artırmaq üçün innovativ texnologiyaların tətbiqi və müasir suvarma sistemlərinin istifadəsi vacibdir. Əlavə əkin sahələrinin açılması imkanları məhduddur, buna görə də məhsuldarlığın artımı texnoloji yeniliklər hesabına təmin olunmalıdır”.

Cəfər İbrahimli

Cəfər İbrahimli qeyd edib ki, fermerlərin satış imkanlarının və texnoloji potensialının genişləndirilməsi də vacib amildir:

“Fermerlər yalnız əlavə xərc çəkməyə və istehsal həcmini artırmağa maraqlı ola bilər ki, bu da onların məhsullarını sərfəli şəkildə sata bilməsi ilə birbaşa bağlıdır”.

Ekspertin fikrincə, bu istiqamətdə ən vacib məsələlərdən biri emal sənayesinin inkişafıdır:

“Emal sənayesi gücləndikcə, kənd təsərrüfatı məhsulları daha çox emala yönələcək və fermerlərin istehsalı artırmaq marağı da yüksələcək. Nəticə etibarilə, həm kənd təsərrüfatında məhsuldarlığın artırılması, həm də emal sənayesinin inkişafı daxili bazarın tələbatını ödəməyə imkan verəcək. Bu iki sahənin paralel inkişafı ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
globalinfo.az

1Mənbələr