AZ

Şərurda minik avtomobili qaz xəttinə çırpılıb

Şərur rayonunun Dizə kəndində minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində boru zədələnib.

“İki sahil” xəbər verir ki,  qəza səbəbindən Dizə və Oğlanqala kəndlərində 801 abonentin qaz təchizatı dayandırılıb. Təhlükəsizlik məqsədilə hadisə baş verən andan etibarən əraziyə qazın verilişi kəsilib. Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılacağı və təchizatın bərpa olunacağı nəzərdə tutulur.

Hadisə zamanı xəsarət alan olmayıb.

Seçilən
4
9
ikisahil.az

10Mənbələr