AZ

Ərdoğan: Türkiyə hər zaman Suriya, Ukrayna və Qəzzada sülh üçün çalışıb

"Türkiyə münaqişə içində olan qonşularından üz döndərə bilməz”.

Turkustan.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi münaqişələrin tüğyan etdiyi qonşu ölkələrdən üz döndərə bilməz və Suriya, Ukrayna, eləcə də Qəzzada sülhün bərqərar olunması üçün səylərini davam etdirir.

“Son 14 il ərzində bütün imkanlarımızla məzlum suriyalılara dəstək verdik. Dünyanın bir çox ölkəsi Suriya xalqına arxa çevirdiyi halda, biz onları heç vaxt tək buraxmadıq. Rusiya-Ukrayna münaqişəsi zamanı da eyni prinsipi qoruduq. Silah baronları müharibəyə yanacaq tökərkən, biz ədalətli sülh üçün çalışdıq. Bu gün də Fələstində, Qəzzada və İstanbulda keçirilən çıxışlarımızda eyni mövqedə qalırıq”, – deyə, Ərdoğan vurğulayıb.

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza siyasətinə toxunan Ərdoğan sərt açıqlamalarla çıxış edib:

“Netanyahu və onun qatil dəstəsi ən müasir silahlarla fələstinli mülki şəxslərə hücum edir, günahsız insanların üzərinə bombalar yağdırır. Qəzzada qocalar və uşaqlar vəhşicəsinə qətlə yetirilir. Orada aclıq kütləvi qırğın silahına çevrilib. İnsanların həyatını xilas etməyə çalışan tibb işçiləri və soyqırımı sənədləşdirən jurnalistlər bütün dünyanın gözü qarşısında qətlə yetirilir”, – deyə o bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
6
turkustan.az

7Mənbələr