AZ

ABŞ Cənubi Qafqazda daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək - Səfirlik

Bakı. TurkicWorld

ABŞ Cənubi Qafqazda daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin "X" sosial şəbəkəsində 27 sentyabr - Anım Günü ilə bağlı paylaşımında bildirilib.

"Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıları xatırlayırıq. Avqustun 8-də Vaşinqtonda biz Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük və Amerika Birləşmiş Ştatları bu bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək. Amerika Birləşmiş Ştatlarının Səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir", - deyə qeyd olunub.

Seçilən
9
12
turkic.world

10Mənbələr