AZ

Zelenski: Ukrayna İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq

Zelenski:

Ukrayna bu payızda İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

"İsrailin kompleksi Ukraynada bir aydır fəaliyyət göstərir. Biz bu payızda iki "Patriot" sistemi alacağıq", - Zelenski brifinqdə deyib.

Bundan əlavə, Zelenski Kiyevin Vaşinqtondan 90 milyard dollar dəyərində silah alınmasına dair ABŞ ilə mövcud razılaşmaya əlavə olaraq müəyyən növ, o cümlədən uzaqmənzilli silahlar üçün müqavilələr bağlamağa hazır olduğunu bildirib.

Seçilən
0
5
xalqcebhesi.az

8Mənbələr