AZ

Almaniya Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇİR – Gizli plan HAZIRLANDI

Almaniya rəsmiləri insan həyatı və kritik infrastruktur üçün təhlükə yarandığı hallarda Rusiya pilotsuz təyyarələrinə qarşı güc tətbiq etmək səlahiyyətini Bundesverə verməyi nəzərdə tutan gizli plan hazırlayır.

Bu barədə “Bild” qəzeti mənbələrinə istinadla məlumat yayıb.

Plan Almaniya Daxili İşlər Nazirliyi tərəfindən, nazir Aleksandr Dobrindt rəhbərliyi ilə hazırlanır.

Lakin dronlara qarşı hərbi güc tətbiqi ilə bağlı yekun qərarı Müdafiə Nazirliyi verəcək. Hazırda “Hava Hərəkəti Təhlükəsizliyi haqqında” qanuna potensial dəyişikliklər müzakirə olunur.

Sənədə əsasən, qeyri-qanuni dronların aşkarlanması, onların fəaliyyətinə qarşı elektron əks-tədbirlərin tətbiqi və qarşısının alınması tədbirləri nəzərdə tutulur. Dronların məcburi məhv edilməsi isə yalnız son çarə hesab edilir. Həmçinin, Almaniya hökuməti hava limanları üzərində icazəsiz dron uçuşlarına görə cəzaları sərtləşdirməyi planlaşdırır.

Qeyd edək ki, son həftələr Rusiya bir neçə NATO ölkəsinin hava məkanını pozub.

Polşaya 19 dron hücumu olub, bəziləri ölkə ərazisində 200 km-dən çox məsafə qət edib. Daha sonra bir dron Rumıniyaya, ötən cümə günü isə üç Rusiya qırıcısı Baltik dənizi üzərində Estoniyanın hava məkanını 12 dəqiqəlik pozub.

Musavat.com

Seçilən
9
1
editor.az

2Mənbələr