Misli Premyer Liqasının VI turunda "Araz-Naxçıvan" "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Elmar Baxşıyev matçı şərh edib:

"İki fərqli hissə keçirdik. Birinci hissədə oyuna qoşulmaqda çətinlik çəkdik, istədiyimizi meydanda həyata keçirə bilmədik. İkinci hissədə fərqli oynadıq və nəticədə hesabı bərabərləşdirdik. Oyun elə məcrada davam etdi ki, qalib də gələ bilərdik, məğlub da ola bilərdik. 

"Şamaxı"nın heyətində yaxşı futbolçular var, meydanda nə etmək istədiklərini bilirlər. İtkisiz irəliləmək mümkün deyil. Ağır səfərdir, üstəlik süni meydan amili də təsirsiz ötüşmür. Futbolçular belə meydana çətin adaptasiya olurlar. Komandalar yaxşı mübarizə apardılar, azarkeşlər üçün maraqlı görüş oldu".