AZ

Tramp qoşun göndərdi – “Zərurət olarsa bütün gücdən istifadə ediləcək”


ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə "Truth Social" hesabında səs-küylü açıqlama ilə çıxış edib.

Musavat.com-un məlumatına görə o bəyan edib ki, Daxili Təhlükəsizlik naziri Kristi Noemin xahişi ilə Portlend şəhərinə qoşunların göndərilməsi barədə göstəriş verib.

Tramp bildirib ki, qərarın məqsədi həm müharibədən zərər çəkmiş Portlendi qorumaq, həm də ICE (İmmiqrasiya və Gömrük Xidməti) obyektlərini Antifa və digər “daxili terrorçuların” hücumundan müdafiə etməkdir.

“Müharibə naziri Pit Hegshetə lazım olan bütün qoşunları ayırmağı tapşırdım. Əgər lazım gələrsə, bütün güc tətbiq ediləcək. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm” – deyə Tramp yazıb.

 

Musavat.com

Seçilən
27
4
musavat.com

5Mənbələr