Bakı. Trend:
26 sentyabr 2025-ci il tarixində “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası DövlətGömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda şəhid və qazi ailələrininüzvləri, eləcə də yerli sakinlər üçün 27 sentyabr – Anım gününəhəsr olunmuş ödənişsiz tibbi-sosial aksiya təşkil edilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumatagörə, aksiyanın rəsmi açılışında Dövlət Gömrük Komitəsinin TibbiXidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov,rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi GömrükHospitalının rəisi-baş həkimi, t.e.d. Bəxtiyar Musayev,“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarəHeyətinin sədri Rüfət Mahmud, həkimlər və tibb işçiləri iştirakediblər.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibbxidməti general-mayoru Ceyhun Məmmədov öz çıxışında edib ki, qeydedib ki, qazilərin müalicəsi və sağlamlıqlarının bərpası ölkəbaşçısının daim diqqət mərkəzindədir. Bu məqsədlə bütün aidiyyətidövlət qurumlarının resursları səfərbər olunur. 27 sentyabr - AnımGünü ərəfəsində Mərkəzi Gömrük Hospitalının ixtisaslaşmış tibbibriqadası tərəfindən Qala Dövlət Qoruğunda keçirilən bugünkü tibbiaksiya da ilk növbədə qazilərin və onların yaxınlarının, şəhidailələrinin və eyni zamanda yerli sakinlərin sağlamlığınınqorunmasına yönəldilib.
Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayevvurğulayıb ki, belə tədbirlər sağlamlıq problemlərinin erkənaşkarlanmasına və insanların profilaktik müayinələrdənkeçirilməsinə mühüm töhfə verir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarəHeyətinin sədri Rüfət Mahmud göstərilən yüksək səviyyəli tibbixidmətə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə vəhəkim heyətinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu cüraksiyalar şəhid və qazi ailələrinin, həmçinin yerli sakinlərinsağlamlığının qorunmasında xüsusi əhəmiyyət daşıyır.
Aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının müxtəlifixtisaslı həkimləri tərəfindən 200 nəfərə kardioloji, uroloji,endokrinoloji, radioloji, nevroloji, oftalmoloji, ginekoloji,terapevtik, pediatrik və cərrahi xidmətlər daxil olmaqla 500-dənçox tibbi müayinələr göstərilib. Səhhətində problem aşkar olunanşəxslərə USM, EKQ, ExoKQ, rentgen və digər müayinələr aparılıb,müalicə ilə bağlı tövsiyələr verilib və zəruri təyinatlaredilib.
Eyni zamanda aksiyanın məqsədi - sağlam həyat tərzininəhəmiyyəti və xəstəliklərin erkən diaqnostikasının vacibliyi barədəəhali arasında maariflənməsi olmuşdur. Tibbi aksiyadan çoxiştirakçılar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun açıqhavada və qapalı məkanlarda yerləşmiş muzeyləri ziyarətediblər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsitərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə ödənişsiztibbi-sosial aksiyalar təşkil olunur. Bu təşəbbüslər vətəndaşlarınsağlamlığının qorunmasına xidmət etməklə yanaşı, şəhid və qaziailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.