AZ

Astaranın sel basan qəsəbəsi ilə bağlı maraqlı DETALLAR KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astaranın Ərçivan qəsəbəsini sel basması ilə bağlı maraqlı detallar üzə çıxıb.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, kənddə tez-tez oxşar vəziyyət yaranır və nəticədə onlarla ev və təsərrüfat su altında qalır. Sakinlər iddiasının belə əsaslandırıb ki, buna əsas səbəb isə qəsəbədəki elektrik stansiyasının sahəsindən keçən suötürücü borulara xüsusi dəmir barmaqlıqlar vurulub. Sel suları ilə gələn lil və palçıq həmin barmaqlıqlardan keçə bilmədiyinə görə ərazidə subasma yaranır.

Astara Su Meliorasiya İdarəsi isə səsləndirilən bu fikirləri təkzib edib. Qurum rəsmisinin sözlərinə görə, problem əslində suötürücü boruların qeyri-qanuni şəkildə diametrlərinin yerli sakinlər tərəfindən özbaşına kiçildilməsi ilə bağlıdır.

Qeyd edək ki, intensiv yağışlardan sonra bu gün Ərçivan qəsəbəsində 60-a yaxın ev və təsərrüfatını sel basıb, 33 ailə təxliyə olunub.

Hazırda da bölgədə yağmurlu hava şəraiti davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
konkret.az

3Mənbələr