Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İngiltərə Premyer Liqasında 6-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibləri də növbəti matçlarına çıxıblar.
"Çelsi" doğma meydanda "Brayton"u qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
5 turdan sonra maksimum nəticə göstərən "Liverpul" isə səfərdə "Kristal Pelas"la üz-üzə gəlib. Burada da "Qarabağ"ın rəqibi uduzub (1:2).
6 turdan sonra 15 xal toplayan "Liverpul" çempionatın lideridir. 8 xalı olan "Çelsi" isə 7-ci yerdədir.
Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu noyabrın 5-də Bakıda baş tutacaq. "Liverpul"la görüş isə gələn ilin 28 yanvar tarixində İngiltərədə keçiriləcək.
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.