AZ

Paşinyan: Ermənistan və Türkiyə arasında görünməmiş müsbət dialoq qurulub

“Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, son illər Ermənistan və Türkiyə arasında görünməmiş müsbət dialoq qurulub”. 

Operativ Media xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşləri müntəzəmdir və davamlı olaraq artan səviyyədədir. 

“Mən bu nailiyyəti yüksək qiymətləndirirəm və əminəm ki, bu, yaxın gələcəkdə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması və dövlətlərarası sərhədlərin tam açılması kimi müsbət nəticələr verəcək”,- deyə Paşinyan əlavə edib. O bildirib ki, iki ölkə arasında sərhədlərin açılması TRIPP layihəsinə müsbət təsir edəcək.

Seçilən
18
9
operativmedia.az

10Mənbələr