“Həmişə müxtəlif ölkələrdən nümunə gətirib müqayisələr aparırıq.
Məsələn, “Barselona” və “Ayaks”kimi klublarda yetişən uşaqların həyat tərzi tamamilə başqadır.
Onlar bizim uşaqlar kimi deyil, fərqli həyat tərzinə malikdirlər. “Barselona” dünyanın müxtəlif regionlarından 400 və ya 500 min uşağın içərisindən 2 nəfəri seçib, akademiyaya dəvət edir.
Onların xəyalları ilə bizimkilərinki tamamilə fərqlidir. Öz yaşayış tərzimizə uyğun futbolçu yetişdirməliyik”.
Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı məşqçi Amit Quluzadə olub. Futbol mütəxəssisi uşaq futbolundakı müəyyən problemlərə toxunub.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.