AZ

Donald Tramp həmin şəhərə qoşun göndərir: Gərginlik artır!

ABŞ Prezidenti Donald Tramp əvvəllər "yerli terror təşkilatı" kimi tanıdığı solçu Antifa qrupu və digər yerli terror hücumlarından İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) obyektlərini qorumaq məqsədilə Oreqon ştatının Portlend şəhərinə qoşun göndəriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə ABŞ-da fəaliyyət göstərən sosial media platforması Truth Social hesabında məlumat paylaşıb.

Prezident bildirib ki, Milli Təhlükəsizlik Naziri Kristi Noem-in tələbi ilə Müdafiə Naziri Pete Hegseth-ə “müharibədən zərər çəkmiş Portlend və mühasirəyə alınmış ICE obyektlərini” Antifa və digər yerli terrorçuların hücumlarından qorumaq üçün bütün zəruri hərbi qüvvələrin təmin edilməsinə göstəriş verib. O, həmçinin lazım gəldikdə “tam güc tətbiqinə icazə verdiyini” vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
33
1
turkustan.az

2Mənbələr