AZ

115 milyon avroluq yarımmüdafiəçi ilə maraqlanır - “Qarabağ”ın rəqibi

“Brayton”un yarımmüdafiəçisi Karlos Baleba Premyer Liqanın aparıcı klublarının diqqət mərkəzində qalmaqda davam edir.

21 yaşlı futbolçu ilə uzun müddətdir “Mançester Yunayted” maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kamerunlu oyunçunu heyətinə qatmaq variantını həm də “Liverpul” və “Tottenhem” nəzərdən keçirir.

Ancaq potensial transferin əsas maneəsi qiymətdir. “Brayton” Balebanı satmaq üçün azı 100 milyon funt sterlinq (təxminən 115 milyon avro) tələb edir.

Baleba cari mövsümdə Premyer Liqada 5 oyunda iştirak edib. Onu heyətinə qatmaq istəyənlərdən biri olan “Liverpul” UEFA Çempionlar Liqasının ümumi mərhələsindəki son oyununu “Qarabağ”a qarşı keçirəcək.

Seçilən
9
sportinfo.az

1Mənbələr