AZ

Həyatında ən azı bir dəfə kişilərin 50%-i prostatit simptomları ilə qarşılaşır

Kişilərdə reproduktiv funksiyanın pozulması bu gün dünya üzrə uroloqların qarşısında duran əsas problemlərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, reproduktiv yaşda olan hər 5–7 cütlükdən biri sonsuzluq problemi yaşayır və halların yarısında səbəb kişilərdə sperma keyfiyyətinin pozulması olur.

 E-saglam.az xəbər verir ki, bu mövzuya XXIII Rusiya Uroloqlar Cəmiyyətinin Konqresində aparıcı mütəxəssislər xüsusi diqqət ayırıblar.

Prostat vəzinin iltihabı (prostatit) çox vaxt kişi fertilitet pozğunluqları ilə əlaqələndirilir. Professor, tibb elmləri doktoru Leonid Qriqoryeviç Spivakın sözlərinə görə, prostatit bütün yaş qruplarında rast gəlinir, ən çox isə reproduktiv yaşdakı kişilərdə qeydə alınır – 20–40 yaş arası pasiyentlərin 8%-dən 35%-dəkində. “Kişilərin 50%-i həyatında ən azı bir dəfə prostatit simptomları ilə rastlaşır. Onların 65%-ində qeyri-bakterial prostatit, 30%-ində isə xroniki çanaq ağrısı sindromu müşahidə olunur,” – deyə professor vurğulayıb.

Prostatit sidik ifrazında problemlərə, cinsi disfunksiyaya və güclü ağrılara səbəb ola bilər. Müalicə adətən kompleks yanaşmanı tələb edir: qeyri-steroid iltihab əleyhinə dərmanlar, antihistaminlər, antioksidantlar və antibiotiklər. Lakin effekt həmişə əldə olunmur, çünki patogen bakteriyalar mikrokoloniyalar və bioplyonkalar əmələ gətirərək antibiotiklərin təsirini zəiflədir və diaqnostikanı çətinləşdirir.

Professor Spivak, kompleks dərman terapiyasında bovhialuronidaza azoksimer preparatının istifadəsini xüsusi qeyd edib. Bu üsul hüceyrə və toxumalar üçün aşağı toksiklik, antibiotiklərlə birgə tətbiq imkanı və rezistentliyin qarşısının alınması ilə fərqlənir.

Mütəxəssislər, xroniki prostatit və onunla əlaqəli fertilitet pozğunluqları olan pasiyentlərin ejakulyatında bioplyonkaların dağıdılmasına bovhialuronidaza azoksimerin təsirini araşdıran tədqiqatın nəticələrini təqdim ediblər.

Randomizə olunmuş araşdırmada pasiyentlər iki qrupa bölünüb: yalnız patogenetik terapiya alanlar və “Longidaza®” (bovhialuronidaza azoksimer) ilə kompleks müalicə alanlar. Spivakın sözlərinə görə, “Longidaza®” tətbiq olunan pasiyentlərdə 3 ay ərzində analizlər leykositlərin azalması, proqressiv hərəkətli spermatozoidlərin artması və spermatozoidlərin konsentrasiyasının 2,5 dəfə yüksəlməsi ilə nəticələnib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
16
e-saglam.az

1Mənbələr