AZ

Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh əldə olunduğu haqda məlumat verməkdən məmnunam

"Mən bütün beynəlxalq ictimaiyyətə Ermənistanla Azərbaycan arasında sülh əldə olunduğu haqda məlumat verməkdən məmnunam"

Aznews.az xəbər verir ki, bunu Ermənistan prezidenti Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Donald Tramp bu prosesdə həlledici rol oynayıb. Onun öhdəliyi və ardıcıl addımları əvvəllər qeyri-mümkün kimi görünənləri həyata keçirməyə imkan verdi”, - Paşinyan əlavə edib.

O, İlham Əliyevlə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüklərini də xatırladıb.

Seçilən
12
1
aznews.az

10Mənbələr