AZ

Misir prezidenti: İsraillə müharibəyə girə bilmərik

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Biz İsraillə müharibəyə - döyüş əməliyyatına girə bilmərik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi Hərbi Akademiyada məzunlarla görüşdə deyib.

O, Qəzzaya yardım üçün sərhəddəki Rafah Sərhəd Keçid Məntəqəsində güc tətbiqi barədə çağırışları sərt dillə qınayıb:

"Heç kim məndən misirlilərin həyatını riskə qoyacaq bu addımı tələb edə bilməz. Biz Qəzzadakı fələstinlilərə zorla yardım etmək üçün döyüşə girə, müharibəyə başlaya bilmərik. Mənim əsas vzəifəm ölkəmin vətəndaşlarının təhlükəsizliyini qorumaqdır. Mən bu öhdəliyimə sadiqəm. Ona görə, ölkəmizin daxilində də əks çağırış edənlər diqqətli olsunlar. Heç kəs də məndən müharibə əməliyyatı gözləməməlidir"

Sisi bildirib ki, Qəzzanın Misirlə cəmi 14 kilometr sərhədi var: "Bölgənin dəniz, hətta İsrail üzərindən dünyaya geniş sərhədi var. Niyə oradan yardım karvanınınn zorlanmasını tələb edənlər yoxdur ki?".

Misir lideri vaxtilə əldə olunmuş anlaşmaya əsasən, Rafah keçidinin hərbsizləşdirlmiş bölgə olacağını da xatırladıb: "Ancaq İsrail Qəzzaya soxulduqdan az sonra bura hərbi qüvvə yeritməklə, iki ölkə arasındakı razılaşmanı da pozub..."

Misir prezidenti əlavə edib ki, ölkəsi istər humanitar, istərsə də diplomatik proseslərdə Qəzza xalqına güclü dəstəyini davam etdirir: "Biz açıq müharibə ilə deyil, bu yöndə də davam edəcəyik".

Tahir Şəlvəli

MİA.AZ

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
mia.az

1Mənbələr