AZ

Hacıqabulda avtomobil aşdı - Xəsarət alanlar var

Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə rayonun Udullu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində Sabirabad rayon sakinləri; Ağayev Daşqın Hafiz oğlu, 1977-ci il təvəllüdlü Paşayev Cəlal Vilayət oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Afət Əlisadıq qızı, 1968-ci il təvəllüdlü Əliyeva Təranə Həsənağa qızı və 2003-cü il təvəllüdlü Paşayev Əmralı Cəlal oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Seçilən
40
19
news24.az

10Mənbələr