Türkiyənin Xarici İşlər Nazirliyi Norveç bayraqlı “Ramform Hyperion” gəmisinin Kiprin cənubunda icazəsiz fəaliyyətinə etiraz edib.
News365.az xəbər verir ki, nazirlik bəyan edib ki, Kipr türk xalqı adanın ətrafındakı dəniz ərazilərində rumlarla bərabər hüquqlara malikdir və yalnız rum icmasını təmsil edən Cənubi Kipr Rum İdarəsinin onların adından birtərəfli addım atmaq səlahiyyəti yoxdur.
Qeyd edək ki, “Ramform Hyperion” gəmisinin Şimali Kipr Türk Respublikasının razılığı olmadan Kiprin cənubundakı kontinental şelfdə seysmik-kəşfiyyat işi apardığı bildirilir.
Ankara həmçinin Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin mövqeyini dəstəklədiyini bildirib və üçüncü tərəfləri Cənubi Kipr Rum İdarəsinə dəstək vermək əvəzinə dialoq və əməkdaşlığa çağırıb.