AZ

Xabi Alonso “Atletiko” məğlubiyyətini şərh etdi: “Pis oyun idi”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya La Liqasının VII turunda Madrid derbisi baş tutub.

Futbolpress.az xəbər verir ki, “Real Madrid” mövsümdə ilk məğlubiyyətini “Metropolitano” stadionunda “Atletiko”ya qarşı alıb. Xabi Alonsonun yetirmələri prinsipial görüşdə 2:5 hesabı ilə məğlub olub.

Oyundan sonra təşkil olunan mətbuat konfransında çıxış edən Xabi Alonso nəticəni şərh edib:

“Pis oyun idi. Təzyiq altında düzgün oynamadıq. Lazımi səviyyədə deyildik. Bu, bizim mövsümdəki ilk məğlubiyyətimizdir. Bu oyunun nəticəsindən özümüz üçün dərs çıxarmalıyıq. Bəhanəmiz yoxdur— bu, derbidir və biz heyf ki, uduzduq. Sürətimiz çatışmadı, öz oyunumuzu göstərə bilmədik və bu məğlubiyyət üzücüdür”.

“Real Madrid” üçün oyunun digər mənfi tərəfi Dani Karvaxalın zədələnməsi oldu. Müdafiəçi ikinci hissədə əvəzlənməli olub. Komanda artıq yeni transfer Trentin Aleksander-Arnoldun ən azı iki ay sıradan çıxması ilə üzləşmişdi. Karvaxalın zədəsi isə Xabi Alonsonun kadr problemlərini daha da artırıb.

Oyunun “Kral klubu” üçün azsaylı müsbət məqamlardan biri isə Cud Bellingemin uzun fasilədən sonra ilk dəfə start heyətində meydana çıxması olub. İngiltərə millisinin üzvü 70 dəqiqə oynayıb, sonra isə Rodriqoya əvəzlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
futbolpress.az

1Mənbələr