AZ

NATO Baltik dənizində nəzarəti gücləndirəcək

Şimali Atlantika Alyansı pilotsuz təyyarələrin Danimarka hava məkanını pozmasından sonra Baltik dənizi regionunda müşahidəni gücləndirəcək.

“İki sahil” bu barədə "Reuters" agentliyinin əldə etdiyi açıqlamaya istinadla məlumat yayıb.

Məlumata görə, NATO Baltikyanı ölkələrə kəşfiyyat, müşahidə və tanıma platformaları, həmçinin ən azı bir hava hücumundan müdafiə freqatı yerləşdirəcək.

Xatırladaq ki, sentyabrın 22-də Kopenhagen səmasında bir neçə iri pilotsuz uçan aparat görüntülənib. Danimarka paytaxtının hava limanı təyyarələrin enməsi və enməsi üçün bağlı olub.

Danimarkanın yerli "Ekstra Bladet" qəzeti həmin vaxt Rusiyanın Baltik donanmasının "Aleksandr Şabalin" adlı iri desant gəmisinin krallığın dəniz sərhədinə yaxınlaşdığını yazıb.

Seçilən
13
2
ikisahil.az

3Mənbələr