Tamil aktyoru və siyasətçi Vicayın Hindistanın cənubundakı Tamilnad əyalətində keçirdiyi mitinq zamanı azı 36 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumatda bildirilib ki, ölənlər arasında 8 uşaq və 16 qadın var.
Qeyd edək ki, Vicay növbəti il üçün təyin edilmiş parlament seçkilərində uğur qazanmaq üçün təbliğat aparır.