Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla Ağ Evdə keçirilən görüşdə Ukraynadakı münaqişənin həlli istiqamətində atılacaq addımları müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib. Onun bu açıqlamasını Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb .
Diplomat qeyd edib ki, müzakirə Moskva ilə Kiyev arasında sülhə nail olmaq üçün Ankara və Vaşinqtonun ata biləcəyi birgə addımlar ətrafında aparılıb.
Diplomatın sözlərinə görə, siyasətçilər Suriya və Qəzza zolağı məsələsini də müzakirə ediblər və ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Fidan görüşü “konstruktiv və müsbət” adlandırıb.