Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ və Türkiyə ikitərəfli problemləri həll etmək istəyir.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyasının 80-сi sessiyasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı hər iki tərəfdə niyyət var. H.Fidan tərəflərin enerji məsələləri, ABŞ-nin sanksiyaları və müxtəlif regional fikir ayrılıqları ilə əlaqədar problemlərin həlli ilə bağlı qarşılıqlı iradənin olduğunu diqqətə çatdırıb.
Bundan başqa, nazir bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampı Ankaraya rəsmi səfərə dəvət edib.
Nazir ABŞ və Türkiyənin NATO müttəffiqi olduğunu xatırladıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.