AZ

Cəhri qəsəbəsi və Payız kəndinin içməli su təminatı yaxşılaşdırılır

ain.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 28 sentyabr, AZƏRTAC

Son illərdə havaların quraq keçməsi, illik yağıntı miqdarının normadan aşağı düşməsi Naxçıvanda da müşahidə olunur. Bu da öz növbəsində yeraltı suların səviyyəsinin azalmasına, beləliklə, kaptajların qidalanmasına mənfi təsir göstərərək əhalinin içməli su təminatında müəyyən çətinliklər yaradıb. Su ehtiyatlarının davamlı qorunması və səmərəli istifadəsi ilə bu problemi minimuma endirmək və əhalinin su təchizatının dayanıqlı olması üçün bu sahədə əhəmiyyətli işlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görülən işlər çərçivəsində Babək rayonunun Cəhri qəsəbəsinin və Payız kəndinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Cəhriçay üzərində yeni kaptajın tikintisi işləri aparılıb, mövcud kaptajlar təmir olunaraq su yığıcılıq qabiliyyəti artırılıb. Hazırda mövcud kaptajlardan yaşayış məntəqəsinə qədər olan su xəttində təmizləmə, istismar müddətini başa vuran boruların yenisi ilə əvəz olunması və ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülür.

Cəhri qəsəbəsinə xidmət edən uzunluğu 220 metr, dərinliyi ortalama 4 metr olan yeni kaptajdan saniyədə 15-20 litr su alınıb mövcud su aparıcı xəttə verilərək tikintisi başa çatdırılıb. Payız kəndinə xidmət edən mövcud kaptajlarda təmir bərpa işləri aparılmaqla yanaşı, yeni tikilən kaptaja diametri 300 millimetr, uzunluğu 60 metr olan suqəbuledici boru salınaraq saniyədə 40-50 litr su alınıb. Hazırda isə diametri 219 millimetr olan 650 metr, diametri 160 millimetr olan 1300 metr uzunluğunda borular yeniləri ilə əvəz edilir.

Görülən işlər nəticəsində kənd əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı daha da yaxşılaşdırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
azertag.az

2Mənbələr