AZ

Azərbaycan üzgüçüsü: III MDB Oyunlarında medal qazanmaq mənim üçün vacib idi

GƏNCƏ, 28 sentyabr. TELEQRAF

“III MDB Oyunlarında medal qazanmaq mənim üçün vacib idi”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanda təşkil olunan III MDB Oyunlarının üzgüçülük yarışında qadınlar arasında 100 metrəyə kəpənək üsulu ilə üzmə mübarizəsində bürünc medal qazanan Mehri Əbdurrəhmanlı jurnalistlərə açıqlamasında deyib.

14 yaşlı idmançı millinin baş məşqçisi, atası Rəşad Əbdurrəhmanov tərəfindən mükafatlandırılmasını belə şərh edib: “Bu adi hisslər deyil, bunu ifadə edə bilmirəm. Medal qazanmağım gələcək karyeramda böyük önəm daşıyacaq. Atam mənə çox dəstək olur”.

Seçilən
26
teleqraf.com

1Mənbələr