AZ

İstanbulda Azərbaycan kinosu təqdimatı

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

İstanbul Universitetinin Türk Araşdırmaları İnstitutunda Türk Dünyası Kino Forumu və mükafatlı sənədli film nümayişi keçirilib. Azərbaycanlı ssenarist, teatr və kino tənqidçisi, İstanbul Universitetinin doktorantı Ameliya Ömərova məclisdə “Azərbaycan kinosunda tarixi və mədəni izlər” mövzusunda təqdimatla çıxış edib.

Məruzədə “Fətəli xan” filmi təhlil olunub, sovet dövründə Azərbaycan kinosunun üzləşdiyi çətinliklərdən, ekran əsərlərində qorunub saxlanılan tariximizdən, milli-mədəni irsimizdən bəhs edilib.

Bu il 10-cu dəfə keçirilən forumu Türk Dünyası Jurnalistlər Federasiyası Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin dəstəyi ilə təşkil edib. Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, İran, Bolqarıstan, Qazaxıstan və Qırğızıstan da daxil olmaqla 10 ölkədən film istehsalçılarının qatıldığı forum Türk dünyasında kino sahəsində əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyır.

Forumda Türk Dünyası Jurnalistlər Federasiyasının Prezidenti Menderes Demir, İstanbul Universiteti Türk Araşdırmaları İnstitutunun müdir müavini Mehmet Sait Türkhan və Milliyyətçi Hərəkat Partiyasının İstanbul Təşkilatının təmsilçisi İsmail Akgöz Türk dünyası kinosunun inkişaf yollarından və uğurlarından söz açıblar.

Forum çərçivəsində təşkil olunan panellərdə kinematoqrafiyanın müxtəlif mövzuları, hədəfləri müzakirə olunub. Məclis “Keçmişdən günümüzə” filmi, eləcə də “Vira” və “Novruz” sənədli filmlərinin təqdimatı ilə davam etdirilib.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
2
xalqqazeti.az

3Mənbələr