AZ

III MDB Oyunları: Azərbaycanlı üzgüçü bürünc medal qazandı

Azərbaycanda keçirilən III MDB Oyunlarının üzgüçülük yarışlarında növbəti medalçılar müəyyənləşib.

Bizim.Media xəbər verir ki, kişilərin mübarizəsində 50 metr məsafəyə arxasıüstə üzmə yarışında qalibin adına aydınlıq gəlib.

Rusiyalı Dmitrii Kravtsov birinci, Belarusdan olan Mikita Apanasik və Kiril Bantşeviç müqafiq olaraq 2 və 3-cü yerləri tutublar.

Qadınların 100 metr məsafəyə "butterfly" üsulu üzrə üzməsində rusiyalı Yevgenia Sadovnikova qızıl, qazaxıstanlı Taissiya Korotkova gümüş, Azərbaycan təmsilçisi Mehri Əbdürəhmanlı bürünc müdal əldə ediblər.

Bizim.Media

Seçilən
22
1
bizim.media

5Mənbələr