AZ

Azərbaycanlı "Partizani"yə 3 xal bəxş etdi - Penaltidən

Albaniya çempionatında 5-citurun matçları keçirilir.

Sportinfo.az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" səfərdə "Bilis"lə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub.

Meydana start heyətində çıxan azərbaycanlı vinger 20-ci dəqiqədə komandasının yeganə qolunu penaltidən vurub. Bu, oyunda ilk qol olub.Matçın 61-ci dəqiqəsində isə İsgəndərli əvəzlənib.

Bu yay "Partizani"yə keçən Vüsal 3-cü turda "Vlajni"yə 1:4 hesabı ilə uduzduqları oyunda da komandasının yeganə qolunu vurmuşdu.

"Partizani" 4 xalla 8-ci pillədə qərarlaşıb.

Seçilən
6
sportinfo.az

1Mənbələr