AZ

Zelenski Rusiyaya cavab vəd edir: “Onları danışıqlar üçün məcbur edəcəyik”

 Ukrayna Prezidenti Vladimir Zelenski bu gecə Rusiyaya qarşı kəskin cavab tədbirləri vəd edib.

Musavat.com-un məlumatına görə Prezident bildirib ki, düşmən bu gecə təxminən 500 hücum dronu və 40-dan çox raket — o cümlədən “Kinjallar” — istifadə edib. Zelenski vurğulayıb:

“Düşmən bu gecə demək olar ki, 500 hücum dronundan və 40-dan çox raketdən, o cümlədən ‘Kinjallar’dan istifadə etdi. Biz onların gəlir əldə etmə imkanlarını məhdudlaşdırmaq və diplomatiyaya məcbur etmək üçün cavab zərbələrimizi davam etdirəcəyik".

Məlumata görə, kütləvi hücum 12 saatdan artıq davam edib. Kiyevdə 4 nəfər həlak olub, təxminən 20 nəfər yaralanıb.

Hadisə ilə bağlı rəsmi qurumların və hər iki tərəfin əlavə açıqlamaları gözlənilir.

Musavat.com

Seçilən
9
1
musavat.com

10Mənbələr