Ukrayna payız aylarında İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq.
"İsrail istehsalı HHM sistemi Ukraynada bir aydır fəaliyyət göstərir. Biz payızda daha iki "Patriot" HHM sistemi alacağıq", - Zelenski brifinqdə jurnalistlərə bildirib.
Zelenski həmçinin Kiyevin Vaşinqtondan 90 milyard dollar dəyərində silah almasına dair ABŞ ilə mövcud razılaşmaya əlavə olaraq, ayrı-ayrı silah növləri, o cümlədən uzaqmənzilli silahlar üçün ayrıca saziş bağlamağa hazır olduğunu bildirib.