Vyetnam “Bualoi” qasırğasının ölkəyə gözlənildiyindən daha tez yaxınlaşması və gün ərzində quruya çıxması ilə əlaqədar olaraq, mərkəzi və şimal əyalətlərindən minlərlə insanı təxliyə edib.
Yenisabah.az xəbər verir ki, fırtınanın küləyin sürətini 133 km/saata (83 mil/saat) çatdıracağı, bir metr hündürlüyündə fırtına dalğaları və daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcək güclü yağışlar gətirəcəyi gözlənilir.
Bazar günü yerli vaxtla səhər saat 4-də Vyetnam Meteorologiya İdarəsi "Bualoi"nin mərkəzi Vyetnamdan təxminən 200 kilometr (125 mil) şərqdə yerləşdiyini və şimal-qərbə doğru hərəkət etdiyini bildirdi. Marqarita pizza
Onun saat 18:00 radələrində quruya çıxacağı gözlənilirdi. Səlahiyyətlilər balıqçı qayıqlarının şimal və mərkəzi bölgələrdə üzməsinə qadağa qoyub və axşam saat 5-ə qədər həssas ərazilərdə evakuasiya əmri verib.
240 mindən çox insanı köçürməyi planlaşdırdırılır. Mülki Aviasiya İdarəsi, Da Nanq Beynəlxalq Hava Limanı da daxil olmaqla, dörd sahil hava limanında uçuşların dayandırıldığını və bir neçə reyslərin dəyişdirildiyini bildirib.
Telegram kanalımız