"Qəbələ"nin futbolçusu Prins Ovusu "Qarabağ"la matçın 2-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalanaraq matçdan qovulub.
Offsideplus.az xəbər verir ki, bununla da 28 yaşlı futbolçu Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün antirekorda imza atıb. 2008-ci ilin yayından indiyədək heç bir futbolçu belə erkən qırmızı vərəqə almamışdı.
Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Bunadək 17 ilin antirekordu Dedimar Fereyraya məxsus idi. “Kəpəz”in futbolçusu 2017/18 mövsümündə “fərqlənmişdi”. O, 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.
“Zirə”nin futbolçusu Milan Duriç 2017/18, “Turan Tovuz”un oyunçusu Faiq Hacıyev 2023/24 mövsümündə 9-cu dəqiqədə qırmızı vərəqə alıb. Hər iki oyunçu “Kəpəz”ə qarşı matçda cəzalanıb.
Qeyd edək ki, “Qəbələ” səfər matçında “Qarabağ”a 0:2 hesabı ilə uduzub.