AZ

Kriştianu Ronaldu Loran Blanı qovdurdu

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu baş məşqçi Loran Blanla müqaviləyə xitam verdiyini rəsmən açıqlayıb.

Fanat.Az xəbər verir ki, qərar Səudiyyə Ərəbistanı çempionatının dördüncü turunda “Əl-Nəsr”ə evdə məğlubiyyətdən (0:2) dərhal sonra elan olunub.

Qeyd edək ki, "Əl-Nəsr"in qollarını Sadio Mane və Kriştianu Ronaldu vurublar.

Fransız məşqçi 2024-cü ilin iyulundan komandanı çalışdırırdı. O, debüt mövsümündə ölkə çempionatını və Kral Kubokunu qazanıb. Komanda yeni mövsümə üç ardıcıl qələbə ilə başlayıb, lakin “Əl-Nəsr”ə qarşı uğursuz oyun ona işini itirməsi bahasına başa gəlib.

Blanın köməkçisi Həsən Xəlifə baş məşqçi əvəzi və ona gənclərdən ibarət komandanın məşqçisi İvan Karrasko köməkçi  təyin edilib.

Mirağa

Seçilən
18
fanat.az

1Mənbələr