AZ

KİV: Si Cinpin ABŞ-dən Tayvanla bağlı rəsmi mövqe tələb edir

BAKI, 28 sentyabr. TELEQRAF

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampa ölkələr arasında ticarət müqaviləsi üçün şərt qoyub.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" hökumət mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Si Cinpin amerikalı həmkarından Tayvanın müstəqilliyinə qarşı rəsmi mövqe bəyan etməsini tələb edib. Mənbələr bildirir ki, Çin lideri ticarət danışıqlarını Trampa təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdırır.

Eyni zamanda, Çin Milli Müdafiə Naziri Dun Çjun vurğulayıb ki, Çin Silahlı Qüvvələri Tayvanda separatçı qüvvələrin müstəqillik əldə etməsinə imkan verməyəcək. Onun sözlərinə görə, Çin Xalq Azadlıq Ordusu həmişə qüdrətli və sarsılmaz olub və bu istiqamətdə heç bir uğura yol verməyəcək.

Seçilən
28
teleqraf.com

1Mənbələr