AZ

Azərbaycanda ana körpəsini maşında DOĞDU - VİDEO

Zərdab rayonunda qeyri-adi doğuş hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, rayon sakini xəstəxanaya aparılarkən sancıları güclənib və qadın körpəsini yolda, avtomobilin içində dünyaya gətirib.

Hadisə zamanı yaxınlarının köməyi ilə baş tutan doğuş uğurla nəticələnib. Ana və yeni doğulan körpə dərhal Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, həm ana, həm də körpənin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, bu kimi hallarda əsas təhlükə doğuş prosesinin nəzarətsiz getməsi olsa da, xoşbəxtlikdən Zərdabda yaşanan bu hadisə problemsiz başa çatıb.

Musa 
Milli.Az

Seçilən
29
4
milli.az

6Mənbələr