Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə Kiyevə kütləvi hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko özünün Telegram kanalında məlumat verib.
"Kiyevə endirilən zərbə nəticəsində 10 nəfərin yaralandığı və iki nəfərin öldüyü təsdiqlənib. Bu məlumat çox güman ki, yekun deyil", - administrasiya rəhbəri yazıb.
Onun sözlərinə görə, ölənlərdən biri 12 yaşlı qızdır.