AZ

Aktyorun çıxışı zamanı faciə - 39 ölü, 51 yaralı - FOTO

Hindistanın cənubundakı Tamil Nadu ştatında keçirilən siyasi mitinqdə baş verən toqquşmalarda uşaqlar da daxil olmaqla azı 39 nəfər həlak olub. Avtosfer.az "NDTV" kanalına istinadən xəbər verir ki, minlərlə insan məşhur aktyor və siyasətçi Cozef Vicay Çandrasekha üçün keçirilən kampaniyaya toplaşıb. Televiziyada yayımlanan görüntülərdə aktyorun mitinqdəki çıxışı zamanı izdiham arasında çoxsaylı nümayişçilərin huşunu itirmələri əks olunub. Məlumata görə, izdihamda azı 51 nəfər xəsarət alıb.

Qeyd edilib ki, həlak olanların ailələrinə bir milyon rupi təzminat (təxminən 18 min 590 AZN) veriləcək və hadisə ilə bağlı araşdırma aparılacaq. Hindistanın Baş naziri Narendra Modi “X” hesabında hadisə ilə bağlı başsağlığı verib. Bildirib ki, təkcə bu il məşhur “Kumbh Mela Hindu” festivalında oxşar faciəli hadisələr qeydə alınıb. Vicay isə onlayn açıqlamada dözülməz, təsvirolunmaz kədər içində olduğunu yazıb. O, dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib.


Seçilən
21
2
avtosfer.az

3Mənbələr