AZ

Trampın qızı bu dəfə mini ətəklə fiqurasını nümayiş etdirdi – Foto

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp mini ətəklə şəkil çəkdirərək fotonu sosial şəbəkə hesabında paylaşıb.

KONKRET.az xəbər verir ki, izləyicilərin diqqətini çəkən foto İnstagramda yerləşdirib.

43 yaşlı İvanka Tramp qara köynəklə və ona uyğun mini ətək, tayt və dabanlı ayaqqabı ilə pozalar verib. Biznesmen kimi fəaliyyət göstərən siyasətçinin övladı geyimini bəzək əşyaları-qızıl bilərzik və üzüklərlə tamamlayıb. Trampın qızı göydələnlərin fonunda poz verib.

Xatırladaq ki, İvanka bir neçə həftə əvvəl də gündəmə gəlmişdi. Həmin vaxt İvanka Tramp və əri Jared Kuşner Nyu Cersi ştatının Atlantik Siti şəhərində Maykl Rubinin REFORM Alliance Casino Night tədbirində iştirak edirdilər. ABŞ prezidentinin qızı dekolteli geyimi, “Georges Hobeika Couture”nin gümüşü paltarı ilə diqqət çəkmişdi./Publika.az

Seçilən
5
4
konkret.az

5Mənbələr