Şahmat üzrə Ukraynanın idman ustalığına namizəd Anton Boldırev rus işğalçıları ilə müharibədə həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
O, 2022-ci ildən Ukraynanı müdafiə edib və sentyabrın 20-də Donetsk vilayətində həlak olub – 50 yaşı var idi.
Minaatan taqım komandiri uşaqlıqdan şahmatla maraqlanıb və turnirlərdə iştirak edib, daha sonra Ukraynanın idman ustası namizədi adını alıb.