Çinin cənub-qərbində, Quyçjou əyalətində 625 metr hündürlüyündə yeni körpü istifadəyə verilib. Bu, ABŞ-ın San-Fransisko şəhərindəki "Qızıl Qapı" körpüsündən təxminən doqquz dəfə hündürdür.
Musavat.com "Sinxua" agentliyinə istinadən xəbər verir ki, dünyanın ən hündür körpüsü hesab olunan bu nəhəng tikili Huatsyan dərəsi boyunca səyahət müddətini iki saatdan cəmi iki dəqiqəyə endirəcək.
Agentliyin məlumatına görə, körpü Beypan çayı üzərində ucalır və uzunluğu 1 420 metrdir.
Quyçjou əyalət nəqliyyat bürosunun rəhbəri Çjan İn bildirib ki, “Regional əlaqəni əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq yeni körpü Çinin innovativ potensialını nümayiş etdirən əlamətdar layihədir”.
Musavat.com





