AZ

Prezident İlham Əliyevin sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilib - Samir Şərifov

Bakı.Trend:

Bu gündən etibarən Gəncə və daha 6 şəhərimiz, Şəki, Qəbələ,Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına evəsahiblik edəcək.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, IIIMDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov Gəncəstadionunda III MDB Oyunlarının rəsmi açılış mərasimində deyib.

O qeyd edib ki, on gün davam edən yarışlarda Müstəqil DövlətlərBirliyi ölkələrindən, həmçinin oyunlara qatılan Türkiyə, Pakistan,Oman, Kuba və Kuveytdən 2400 nəfərlik idman nümayəndə heyətləriiştirak edəcək.

“Dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin vətəni,qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda MüstəqilDövlətlər Birliyinin idman paytaxtıdır.

Əminik ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə stadionundaaçılışını etdiyimiz bu idman oyunları dostlu, sülh, qarşılıqlıhörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq.Ölkərimiz, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsinə,münasibətlərin daha da dərinləşməsinə mühüm töhvə verəcək.”

S.Şərifov qeyd edib ki, Azərbaycanda idmanın inkişafına böyükəhəmiyyət verilib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinxüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idmanailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir.

Azərbaycan müxtəlif illərdə ən möhtəbər beynəlxalq yarışlara evsahibliyi etməklə, bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir.Bakıda 2015-ci ildə - Birinci Avropa Oyunları, 2017-ci ildə -dördüncü İslam Həmrəklik oyunları, eləcə də müxtəlif növlər üzrədünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir.”

S.Şərifov vurğulayıb ki, III MDB Oyunlarıda bu baxımdanəlamətdar olacaq.

“Oyunların paytaxtı Bakıdan kənarda keçirilməsi ölkəmizinregionlarda da güclü infrastrukturun, idmanın ikişafı üçün lazımişəraitin yaradıldığını göstərir.

İri miqyaslı idman yarışlarının ölkə regionlarında təşkilinəgöstərdiyi qayğı və verilən dəstəyə görə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə dərin minnətdarlığımızı ifadə edirik.”

Seçilən
13
3
az.trend.az

4Mənbələr