AZ

Qəzza ilə bağlı danışıqlar yekun mərhələdədir

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qəzza zolağında vəziyyətin həlli ilə bağlı danışıqlar artıq yekun mərhələyə qədəm qoyub.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios” portalına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, aparılan məsləhətləşmələr hazırda son mərhələdədir və bu, Yaxın Şərqdə daha genişmiqyaslı razılaşma əldə etməyə imkan yarada bilər.

“Sevindirici haldır ki, ərəb ölkələri bu məsələdə bizimlə əməkdaşlıq edir. HƏMAS da onlarla birgədir. O, ərəb dünyasına böyük hörmətlə yanaşır”, – Tramp qeyd edib.

“Əgər buna nail olsaq, bu, İsrail və bütün Yaxın Şərq üçün böyük gün olacaq. Bu, Yaxın Şərqdə həqiqi sülh əldə etmək üçün ilk imkan olacaq. Amma əvvəlcə buna nail olmalıyıq”, – Tramp Qəzzadakı vəziyyətin həlli barədə danışarkən bildirib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
4
azpost.info

10Mənbələr